ABŞ-də təyyarə qəzası – göyərtədə olanların hamsı həlak olub

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 12:56 (UTC +04:00)
ABŞ-də təyyarə qəzası – göyərtədə olanların hamsı həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Viskonsin ştatında təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

Bu barədə "ABC" telekanalı Sauk dairəsi şerif bölməsinin bəyanatına istinadən məlumat yayıb.

“Piper PA-46” tipli təyyarə Kenoşa-Menomoni marşrutu ilə uçurdu. Təyyarənin pilotu 7,3 min metr yüksəklikdə uçuş zamanı buzlaşma barədə dispetçerə məlumat verərək hündürlüyün azaldılmasını istəyib. Bundan sonra təyyarə enməyə başlayıb və radarlardan itib.

Məlumata görə, təyyarənin göyərtəsində beş böyük və bir uşaq olub. Axtarış-xilasetmə əməliyyatı zamanı onların hamısının hadisə yerində həlak olduğu müəyyən edilib.

Hazırda müstəntiqlər aviaqəzanın başvermə şəraitini araşdırırlar. Telekanalın məlumatına görə, ilkin hesabat 30 gün ərzində hazır olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti