Bakı.Trend:
İstanbulun Ayazağa rayonunda güclü leysan yağışı və daşqın nəticəsində türkiyəli müğənni Murat Boz və aktrisa Demet Özdemir "Phoenix" studiyasından qayıqlarla təxliyə ediliblər.
"Yeni Şafak"ın məlumatına görə, studiyanın ətrafındakı ərazidə suyun səviyyəsi təxminən iki metrə çatıb, binada isə elektrik enerjisi kəsilib. Su altında qalan binada 200-dən çox insan əlacsız vəziyyətdə qalıb və onlar özləri binanı tərk edə bilməyiblər.
Murat Boz fövqəladə hallar xidmətlərinə müraciət edərək kömək istəyib və sosial şəbəkələrdə suyun səviyyəsinin artmaqda davam etdiyini bildirib. Demet Özdemir də vəziyyətlə bağlı paylaşım edərək kömək istəyib.
Nəticədə sənətçilər və binada olan digər şəxslər qayıqlar vasitəsilə təxliyə ediliblər.
Xatırladaq ki, Türkiyədə ötən gün 6 vilayətdə güclü leysan yağışları yağıb.
