Bakı.Trend:
Bu sammit AQEM-in potensialını ortaya qoyur. Qazaxstan bu foruma
böyük töhfə verməyə hazırdır .
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Qazaxıstan
Prezidenti Kasım Jomart Tokayev cümə axşamı Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM)
Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O bildirib ki, AQEM üzv dövlətlərinin sayını artırmaqdadır.
“Məqsədimiz etimadı artırmaq və təhlükəsizliyi qorumaqdır. Bu cür
tədbirlər əsasında işimizi və məqsədlərimizi irəli sürürük. Dünyada
mürəkkəb çağırışlar fonunda bir araya gələrək ortaq qərarlar
verməyimiz çox önəmlidir. Bizim birgə siyasi müştərəkliyimiz
təhlükəsizliyi qorumaq üçün vacibdir. Hazırda Azərbaycan bu
missiyanı irəli çəkməkdə ləyaqətlə iş görür. Prezident İlham
Əliyevin rəhbərliyi ilə biz bütün təşəbbüslərimizə imza ata
bilərik. Bu tədbirlərin həyata keçirilməsində Qazaxstan
Azərbaycanın yanındadır.”, - deyə K.J.Tokayev əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının
(CİCA) 7-ci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən
bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin
təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki
əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən
keçiriləcək.
"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı
Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə
Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq
edib.
AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri
biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki
əməkdaşlığa çevrilir.
