Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurub. Ermənistan mediasındakı paylaşımda onun Akademiyanın nəzdində rus dili təlimini başa çatdırdığı bildirilib.
O, sentyabrın 17-də hökumətin iclasında zərb alətlərində ifa üzrə onlayn kurs keçdiyini və rus dili təlimlərinə qatıldığını açıqlamışdı.
Qeyd edək ki, Nikol Paşinyan İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alsa da, 1995-ci ildə sonuncu kursda universitetdən xaric edilmişdi. Buna görə də Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurması onun ali təhsil diplomu əldə etməsi demək deyil.