Ermənistan Başkənd qəsəbəsinə iddiasından əl çəkməyə hazırlaşır

Gündəm Xəbər 14 Oktyabr 2026 11:36 (UTC +04:00)
Ermənistan Başkənd qəsəbəsinə iddiasından əl çəkməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin olunması üçün sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, bunun üçün isə ərazi mübadiləsi aparılmasını təklif edib.

Bu barədə Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı bildirib.

O, sülh sazişi imzalandıqdan sonra Ermənistanın ərazisinin 29 743 kvadratkilometr ola biləcəyini deyib. Paşinyanın sözlərinə görə, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalı, Azərbaycan və Ermənistan bir-birinə uyğun ölçülərdə əraziləri mübadilə etməlidir.

Ermənistanın baş naziri hesab edir ki, həm “Sülh kəsişməsi” layihəsi çərçivəsində, həm də ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır.

Paşinyan əlavə edib ki, Bakı və İrəvan bir-birinə qarşı heç bir iddia irəli sürməməli və bütün məsələlərdə bir-birinə müdaxilə etməməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinə iddialar səsləndirirdi.

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə paraflanıb. Hazırda tərəflər sənədin imzalanması və ratifikasiyası, eləcə də sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işi davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti