Türkmənistanda “MAMA – Ana təbiət” beynəlxalq sərgisi açılacaq – səfir

Siyasət Xəbər 13 Oktyabr 2026 20:39 (UTC +04:00)
Türkmənistanda “MAMA – Ana təbiət” beynəlxalq sərgisi açılacaq – səfir
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı. Trend:

Ətraf mühitin mühafizəsi və insanın təbiətlə qarşılıqlı əlaqəsi məsələlərinə diqqət çəkməyə yönəlmiş beynəlxalq “MAMA – Ana təbiət” incəsənət sərgisi tezliklə Türkmənistanda açılacaq.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən təntənəli qəbulda bildirib.

Diplomatın sözlərinə görə, sərgi Heydər Əliyev Fondunun və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondunun iştirakı ilə təşkil olunacaq.

“Türkmənistan-Azərbaycan münasibətlərinin mədəni-humanitar sahəsi, şübhəsiz ki, bu münasibətlərin ayrılmaz hissəsidir”, – deyə Elyasov qeyd edib.

O vurğulayıb ki, Mədəniyyət günlərinin, sərgilərin, festivalların və digər mədəni tədbirlərin müntəzəm keçirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.

Səfir xatırladıb ki, 2025-ci ilin oktyabrında Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri, 2026-cı il iyunun 5-dən 7-dək isə Aşqabadda və Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

“MAMA – Ana təbiət” beynəlxalq layihəsi ilk dəfə 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təqdim olunub. Sonradan sərgi İtaliya, Böyük Britaniya, Bəhreyn və İsveçrə də daxil olmaqla bir neçə ölkədə nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti