BDYPİ dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib (VİDEO)

Hadisə Press-reliz 13 Oktyabr 2026 09:44 (UTC +04:00)
BDYPİ dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq edib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən bildirilib ki, dəmir yolunun Salyan–Salmanlı sahəsində qorunmayan keçiddə baş verən, maddi zərərlə nəticələnən qəza bu sahədə sürücü intizamının hələ də qənaətbəxş olmadığını göstərir.

“Mercedes” markalı avtomobil dəmir yolu xəttinin üzərində məcburi dayanması nəticəsində hərəkətdə olan qatarla toqquşub. Sürücü son anda avtomobili tərk edə bilsə də, dəmir yolu təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

BDYPİ-nin məlumatına görə, təhlillər oxşar qəzaların baş verməsinin bilavasitə sürücü məsuliyyətsizliyi ilə bağlı olduğunu göstərir. Yaxınlaşan qatarı görmələrinə baxmayaraq, yol infrastrukturuna güvənərək nizamlama vasitələrinin tələblərinə əhəmiyyət vermədən keçidə daxil olan sürücülər qəza təhlükəsi yaradırlar.

İdarə bir daha xatırladıb ki, sürücülər dəmir yolu keçidinə yaxınlaşarkən yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalıdırlar. Yalnız yaxınlaşan qatarın, lokomotivin və ya drezinanın olmadığını yəqin etdikdən sonra hərəkətə davam etmək lazımdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti