Bakı. Trend:
Amerikalı sahibkar İlon Mask ABŞ-də yaşayan hər bir uşağa hər il “SpaceX” şirkətinin bir səhmini bağışlayacağını bildirib.
Mask bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Amerikadakı hər bir uşağa hər il “SpaceX”in bir səhmini bağışlayacağam”, - deyə Mask qeyd edib.
Xatırladaq ki, sahibkar daha əvvəl ABŞ-dəki hər bir uşağın iki “SpaceX” səhmi alacağını açıqlamışdı. Onlardan biri şirkət, digəri isə şəxsən Mask tərəfindən təqdim edilməli idi. Sonradan o, hər bir amerikalı uşağın 2026-cı ilin dekabrından etibarən bir səhm alacağını bildirmişdi.
Məlumata görə, Mask təxminən 4,8 milyard “SpaceX” səhminə sahibdir. 2025-ci il iyulun 1-nə olan məlumata əsasən, ABŞ-də 18 yaşdan kiçik uşaqların sayı 72 milyon nəfər təşkil edib.
