Dərsliklərə pilot mərhələdə baxılmır, sonra deyirlər, səhv var - fizika dərsliyi müəllifi

Cəmiyyət Xəbər 26 Noyabr 2026 16:13 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dərsliklər pilot layihə çərçivəsində tətbiq olunarkən körpü dərsliyi kimi mərhələli şəkildə istifadə edilir: Birinci hissə birinci yarımildə, ikinci hissə isə ikinci yarımildə tətbiq olunur.

Trend-in müxbiri xəbər verir ki, bunu fizika dərsliyi üzrə müəllif Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, pilot layihəyə təqdim olunan dərsliklərin elektron versiyası “trims.edu.az” portalında yerləşdirilir ki, ictimaiyyət, o cümlədən valideynlər və maraqlı tərəflər onlarla tanış ola bilsinlər.

“Bu portal 10 ildən çoxdur fəaliyyət göstərir və onu bütün müəllimlər, eləcə də universitetlərin müəllimləri və DİM də bilir. Müəllimlər bu barədə valideynlərə məlumat verə bilər, DİM isə qeydlərini aparmaq üçün məhz həmin portaldan istifadə edir. Lakin praktikada dərsliklər pilot mərhələdə portala yerləşdirildikdə onlara vaxtında baxılmır. Sonradan deyirlər ki, səhv var”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti