Bakı. Trend:
Ukrayna şəhərlərində, o cümlədən paytaxt Kiyevdə enerji böhranının yaşandığı bir vaxtda Norveç Ukraynanın Enerji Dəstəyi Fonduna 46,3 milyon avro vəsait ayırıb.
Bu barədə Ukraynanın Energetika Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, bu vəsaitin ayrılması ilə Norveçin Ukraynanın enerji sektoruna göstərdiyi ümumi maliyyə yardımının həcmi 255,6 milyon avroya çatıb.
Qeyd olunub ki, ayrılan vəsait ölkə üzrə enerji obyektlərinin bərpası üçün zəruri avadanlıqların satın alınmasına yönəldiləcək.
