“Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Cəmiyyət Xəbər 24 Noyabr 2026 17:42 (UTC +04:00)
“Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda “Barselona” ilə keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti