Bakı. Trend:
Əməkdar müəllim, şəhid Akif Abdullayevin həyat yoldaşı Gülnarə Abdullayeva avtomobil qəzası nəticəsində vəfat edib.
Bu barədə ETİHİ (Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı) Nəsimi Rayon Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gülnarə Abdullayevanın vaxtsız vəfatı ailəsi, yaxınları və onu tanıyanlar üçün ağır itkidir.
Qeyd edək ki, Gülnarə Abdullayevanın həyat yoldaşı Akif Abdullayev 1993-cü ildə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
