Tramp ABŞ-da federal ölüm hökmlərinin icrasının sürətləndirilməsini tapşırıb

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 05:42 (UTC +04:00)
Tramp ABŞ-da federal ölüm hökmlərinin icrasının sürətləndirilməsini tapşırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verdiyini bildirib.

Bu barədə Donald Tramp Ədliyyə Nazirliyində çıxışı zamanı deyib.

“Verdiyim göstərişə əsasən, baş prokuror federal səviyyədə çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməlidir”, - deyə ABŞ prezidenti bildirib.

“Jürilər belə bir qərar qəbul etdikdən sonra ölüm hökmünün icrası sürətli və qaçılmaz olacaq”, - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, onun göstərişinə əsasən, ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan şəxsləri qətlə yetirməkdə və ya zorlamaqda təqsirli bilinən şəxslərə, eləcə də “qurbanlarını öldürən insan alverçilərinə” qarşı ölüm hökmünün tətbiqinə nail olmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti