Liviyada Rusiyanın hərbi gəmisi partladılıb - Çoxsayda ölən var

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 11:17 (UTC +04:00)
Liviyada Rusiyanın hərbi gəmisi partladılıb - Çoxsayda ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Benqazi limanında (Liviya) Rusiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuri” korvetində baş partlayış baş verib. Hadisə nəticəsində ölənlər olub.

Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, hadisə nəticəsində ölənlər arasında çoxsayda sayda Rusiya və Liviya vətəndaşı var.

Liviya sahillərində, Benqazi limanında lövbər salmış “Merkuri” korveti noyabrın 22-nə keçən gecə dronların hücumuna məruz qalıb. Peyk görüntülərinə əsasən, gəmi batıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Merkuri” Rusiya ilə Şərqi Liviyanın hökuməti arasında əməkdaşlıq sazişi çərçivəsində yanacaq doldurmaq və ehtiyatları artırmaq üçün Benqazi limanına gəlib.

“Əl-Cəzirə”nin iki mənbəsinin məlumatına görə, gəminin göyərtəsində silah, döyüş sursatı və dronlardan ibarət yük olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti