ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub - SEPAH

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 13:06 (UTC +04:00)
ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub - SEPAH

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış "MQ-1" tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərbçiləri korpusun yeni və müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə Hörmüz boğazının şərqində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış MQ-1 tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını ələ keçirərək məhv ediblər”, - deyə bəyanatda bildirilib.

SEPAH-ın məlumatına görə, bu, son 24 saat ərzində korpusun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dördüncü ABŞ kəşfiyyat-zərbə PUA-sıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti