Peruda zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 21 Noyabr 2026 06:31 (UTC +04:00)
Peruda zəlzələ baş verib

Bakı. Trend:

Peruda 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Uankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 118 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti