Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,79 ABŞ dolları və ya 0,81% bahalaşaraq 98,41 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,39% bahalaşaraq 94,02 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,94 dollar və ya 1,38% artaraq 68,87 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,76 dollar və ya 0,82% artaraq 92,87 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 83 dollara yaxınlaşsa da, qlobal bazarda təklifin bolluğuna dair əlamətlərin ABŞ-nin İrana qarşı mümkün yeni zərbələri ilə bağlı narahatlıqları üstələməsi fonunda ardıcıl üçüncü həftəlik ucuzlaşma istiqamətində hərəkətini davam etdirib.
"ABŞ-nin energetika naziri Kris Rayt Yaxın Şərq neft tədarükünün bərpası fonunda Hörmüz boğazından neft axınının rekord səviyyəyə çatdığını bildirib.
Bu arada, ABŞ, Çin və Rusiya cümə axşamı keçirilən üçtərəfli görüşdə emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər.
Həftənin əvvəlində Beynəlxalq Enerji Agentliyi (IEA) cari rübdə qlobal neft təklifinin tələbi gündəlik təxminən 2 milyon barel üstələyəcəyini proqnozlaşdırıb. “Goldman Sachs” isə gələn il bazarda mümkün artıq təkliflə bağlı xəbərdarlıq edib.
Geosiyasi cəbhədə ABŞ Prezidenti Donald Tramp son günlər Vaşinqtonun İrana qarşı yeni zərbələr endirməsi ehtimalının artdığına dair məlumatlara baxmayaraq, bu məsələ ilə bağlı qərar verməyə tələsmədiyini bildirib", - paylaşımda qeyd edilib.
