Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib

İqtisadiyyat Xəbər 19 Noyabr 2026 17:39 (UTC +04:00)
Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyəyə təxminən 2 milyard dollar dəyərində təbii qaz ixrac edib.

Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” adlı hesabatına əsasən, cari ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 1,971 milyard dollar dəyərində 7,068 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub.

Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracının dəyəri 61 milyon dollar və ya 3 faiz, həcmi isə 396 milyon kubmetr və ya 5,3 faiz azalıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 2,032 milyard dollar dəyərində 7,464 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-2025-ci illərdə Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi aşağıdakı kimi dəyişib:

İl

İxrac həcmi

İxrac dəyəri

2021

9,850 mlrd. kub.m

1,684 mlrd.ABŞ dolları

2022

6,854 mlrd. kub.m

2,208 mlrd.ABŞ dolları

2023

10,854 mlrd. kub.m

3,682 mlrd.ABŞ dolları

2024

9,812 mlrd. kub.m

2,986 mlrd.ABŞ dolları

2025

9,688 mlrd. kub.m

2,607 mlrd.ABŞ dolları

Agentliyin tərtib etdiyi cədvəldən göründüyü kimi, nəzərdən keçirilən dövrdə Azərbaycandan Türkiyəyə təbii qaz ixracının ən böyük həcmi 2023-cü ildə qeydə alınıb. Həmin il Türkiyəyə 10,854 milyard kubmetr qaz ixrac edilib. İxracın dəyəri də ən yüksək səviyyəyə çataraq 3,682 milyard dollar təşkil edib.

2022-ci ildə qaz ixracının həcmi nəzərdən keçirilən dövr üzrə ən aşağı səviyyəyə - 6,854 milyard kubmetrə düşüb. Lakin 2023-cü ildə ixrac 58,4 faiz artıb. 2024-cü ildə tədarük 9,6 faiz, 2025-ci ildə isə daha 1,3 faiz azalaraq 9,688 milyard kubmetr təşkil edib.

2023-cü ildə maksimuma çatan ixracın dəyəri sonrakı illərdə azalıb və 2025-ci ildə 2,607 milyard dollar təşkil edib. Bununla belə, bu göstərici 2021-ci ilin səviyyəsindən yüksək olaraq qalır. Həmin il qaz ixracının dəyəri 1,684 milyard dollar olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti