Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq

Cəmiyyət Xəbər 19 Noyabr 2026 11:51 (UTC +04:00)
Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin sahilboyu ərazilərində zonalaşdırma prosesi başa çatdıqdan sonra yeni sahil idarəetmə sisteminə daxil olan ərazilərin sərhədləri rəqəmsal xəritədə əks olunacaq və hər bir vətəndaş həmin məlumatlarla tanış ola biləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Prezidentin müvafiq fərmanının birinci bəndində sahilboyu ərazilərin idarəetmə mexanizminə daxil edilməyən ərazilər və istisnalar müəyyənləşdirilib.

H.Əliyev qeyd edib ki, əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil.

“Onların idarə edilməsi mövcud qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti