Avropa Komissiyası kiberhücuma məruz qalıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 11:42 (UTC +04:00)
Avropa Komissiyası kiberhücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyası (AK) genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib. Hadisə çoxsaylı şəxsi məlumatları təhlükə altına salıb, həmçinin əməkdaşların əmək haqqı və məzuniyyətlə bağlı məlumatları sistemə daxil etmək imkanını məhdudlaşdırıb.

Bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

“Avropa Komissiyası hücumun böyük hissəsini lokallaşdıra bildiyini hesab edir, lakin dəymiş zərərin tam miqyası hələ də məlum deyil”, – deyə nəşr adı açıqlanmayan Aİ nümayəndəsinin sözlərini sitat gətirib. Onun sözlərinə görə, sistemlərin fəaliyyəti yaxın vaxtlarda bərpa oluna bilər, lakin hazırda sorğulara cavablar gecikmə ilə verilir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, araşdırma aparan mütəxəssislər əməkdaşların şəxsi məlumatlarının ələ keçirilib-keçirilmədiyini hələ də müəyyənləşdirməyə çalışırlar. Sistemlərdəki nasazlıq artıq 10 gündən çoxdur davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti