Əfqanıstanda narkotik laboratoriyası məhv edilib

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 08:43 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstan polisi ölkənin cənubundakı Helmand əyalətində gizli narkotik emalı laboratoriyasını dağıdaraq 60 kq həşiş müsadirə edib.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Sanqin rayonunun kənarında yerləşən müəssisəyə basqın ediblər. Əməliyyat nəticəsində laboratoriya məhv edilib, qanunsuz narkotik vasitələr müsadirə olunub.

Digər əməliyyat zamanı isə narkotiklərlə mübarizə bölmələrinin əməkdaşları ölkənin şimalındakı Bədəxşan əyalətində daha 49 kq qanunsuz maddə aşkar edərək götürüblər.

Nazirliyin məlumatına əsasən, narkotik qaçaqmalçılığı ittihamı ilə altı nəfər saxlanılıb. İlkin araşdırmadan sonra onlar məhkəməyə göndəriliblər.

Xəbər lenti

Xəbər lenti