Azərbaycan-Çin mədəni əlaqələrinin genişləndirilməsi müzakirə olunub (FOTO)

Mədəniyyət Press-reliz 18 Noyabr 2026 09:38 (UTC +04:00)
Azərbaycan-Çin mədəni əlaqələrinin genişləndirilməsi müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfiri salamlayan nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb. Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.

Görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Səfir Lu Mey səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti