Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini dekabrda təqdim etməyi planlaşdırır - KİV

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 10:37 (UTC +04:00)
Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini dekabrda təqdim etməyi planlaşdırır - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bank sektorunu, kriptoaktivləri və “kölgə donanması”na daxil olan gəmiləri əhatə edəcək yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. 22-ci sanksiyalar paketinin dekabrda yekun təsdiqlənəcəyi gözlənilir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüsseldə “kölgə donanması” dedikdə Rusiya neftini Aİ-nin Rusiya neftinə qiymət tavanı tətbiq etmək cəhdlərinə məhəl qoymadan, qanuni müqavilələr əsasında dünya ölkələrinin bayraqları altında daşıyan tankerlər nəzərdə tutulur.

“Politico” yazır ki, yeni sanksiyalar paketi Avropanın bu istiqamətdə atmağa hazır olduğu addımların məhdudiyyətlərini nümayiş etdirir. Belə ki, Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinin qadağan edilməsi ilə bağlı təklif hazırlansa da, Yunanıstan, Malta və Kiprin qəti etirazı səbəbindən təsdiqlənməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti