ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırıb

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 03:28 (UTC +04:00)
ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırıb

Bakı. Trend:

ABŞ hakimiyyət orqanları süni intellekt (Sİ) sistemlərinin fəaliyyətini təmin edən çiplərə və serverlərə uzaqdan çıxışı məhdudlaşdırıb.

Bu barədə ABŞ Ticarət Nazirliyinin strukturuna daxil olan Sənaye və Təhlükəsizlik Bürosunun saytında dərc edilmiş bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi və Ağ Evin Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış yeni qaydalar “ABŞ-ın həssas texnologiyalarına çıxışla bağlı mövcud məhdudiyyətlərin üçüncü ölkələrdə yerləşən məlumat mərkəzlərinin hesablama resurslarından uzaqdan istifadə etməklə yan keçilməsinin qarşısını almaq məqsədi daşıyır”.

Bəyanatda vurğulanır ki, bulud texnologiyalarının və süni intellekt sistemlərinin inkişafı ABŞ-ın ixrac məhdudiyyətləri tətbiq etdiyi dövlətlərə üçüncü ölkələrdəki məlumat mərkəzlərindən istifadə etməklə Amerika texnologiyalarına çıxışı asanlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti