Putin Ukraynaya qarşı daha sərt ola bilərdi - Tramp

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 19:11 (UTC +04:00)
Putin Ukraynaya qarşı daha sərt ola bilərdi - Tramp

Bakı. Trend:

Rusiya Silahlı Qüvvələri Ukraynada tam gücü ilə hərəkət etmir.

ABŞ Prezidenti Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya münasibətdə bir qədər yumşaq davranır və daha sərt mövqe nümayiş etdirə bilərdi.

"Putin Ukraynaya qarşı bir qədər yumşaqdır. Açığı, düşünürəm ki, o, daha sərt ola bilərdi", – Donald Tramp bildirib.

ABŞ Prezidenti hesab edir ki, Vladimir Putin münaqişənin başa çatmasını istəyir.

Donald Tramp əlavə edib ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Ukraynada münaqişənin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti