Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-dək güclənib

Cəmiyyət Xəbər 15 Noyabr 2026 18:36 (UTC +04:00)
Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-dək güclənib

Bakı. Trend:

Noyabrın 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti