Bakı. Trend:
"Meta" şirkəti istifadəçilərin razılığı olmadan Android əməliyyat sistemi ilə işləyən cihazlardakı məlumatlarına çıxış əldə etdiyinə görə İtaliyada 805 milyon avro məbləğində cərimələnib.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, "Meta" Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün “Facebook” tətbiqi vasitəsilə İtaliyadakı istifadəçilərin foto, video və metadatalarına çıxış əldə edib. “Bloomberg”in məlumatına görə, şirkətin bu əməllərindən təxminən 20 milyon nəfər zərər çəkib.
Meta-ya funksiyanı standart olaraq aktiv olan parametrlər siyahısından çıxarmaq və istifadəçilərə razılıqlarını təsdiqləmək imkanı yaratmaq üçün 60 gün vaxt verilib.