Bakı. Trend:
Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.
“Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib”, – qurumdan qeyd olunub.