Xaçmazın Palıdlı kəndində səyyar qəbul və ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Xəbər 13 Noyabr 2026 16:20 (UTC +04:00)
Xaçmazın Palıdlı kəndində səyyar qəbul və ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Palıdlı kəndində növbəti səyyar qəbul keçirib.


Səyyar qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisinə daxil olan Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Dədəli kəndlərinin sakinləri iştirak ediblər.


Qəbulda sakinlər tərəfindən kommunal təsərrüfat, sosial müdafiə və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif sahələri əhatə edən müraciətlər və təkliflər səsləndirilib.


Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin qanunvericiliyə uyğun olaraq aradan qaldırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb.


Kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


Səyyar qəbuldan sonra Palıdlı kəndində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələrinin üzvləri, qazilər və kənd ictimaiyyəti Palıdlı kəndi ərazisinə yerli iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti