Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 10:00 (UTC +04:00)
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı

Bakı. Trend:

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib.

Yeni faiz dərəcələri müştərilərə ABŞ dollarında olan vəsaitlərini daha yüksək gəlirliliklə dəyərləndirməyə şərait yaradır. Bununla yanaşı, faiz gəlirlərinin aylıq və ya əmanət müddətinin sonunda əldə edilməsi imkanı fərdi ehtiyaclara uyğun seçim etməyə imkan verir.

Əmanət yerləşdirmək istəyən müştərilər Xalq Bankın geniş filial şəbəkəsinin xidmətlərindən yararlana və ya XalqOnline mobil tətbiqi vasitəsilə rahat və sürətli şəkildə rəqəmsal əmanət aça bilərlər.

Xatırladaq ki, 30 dekabr 2026-cı il tarixədək Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti