İranın qazı var, amma qışda 11 vilayətini təmin edə bilməyəcək

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 16:30 (UTC +04:00)
İranın qazı var, amma qışda 11 vilayətini təmin edə bilməyəcək
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Qış aylarında İranın 31 vilayətindən 11 vilayətinin qaz təchizatı çatışmazlığında gərginliklə üzləşməsi ehtimalı var.

İranın Neft Nazirliyinin məlumatına görə, bunu İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icra direktoru Səid Təvəkkoli deyib.

“18 martda ABŞ və İsrailin İranın Cənubi Pars Qaz Emalı Şirkətində 4 qaz emalı zavodunu və obyektlərini vurması nəticəsində ölkənin qaz istehsalı təxminən 13% azalıb. Lakin buna baxmayaraq ölkənin qaz şəbəkəsində təchizatın dayanıqlılığı qorunub”, -deyə o qeyd edib.

Nazir müavini deyib ki, bu il qış aylarında qaz təchizatında çox çətin dövr olacaq və əsasən Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində qaz çatışmazlığı daha ciddi şəkildə olacaq.

Təvəkkoli əlavə edib ki, 7 noyabrdan bu günə qədər ölkədə qaz istehlakı təxminən 60 milyon kubmetr artıb. Bu rəqəmin həftənin sonunadək ötən həftə ilə müqayisədə təxminən 70 milyon kubmetrə yüksələcəyi gözlənilir.

Şirkət rəsmisi bildirib ki, müxtəlif vilayətlərdə qaz istehlakının həcminə gəlincə abonent sayı ilə birbaşa əlaqəlidir. Misal üçün Tehran vilayətində hava temperaturunun çox aşağı olduğu günlərdə və pik vaxtlarda qaz istehlakı təxminən 125 milyon kubmetr təşkil edir.

Təvəkkoli deyib ki, misal üçün Mazandaran vilayətində qaz istehlakının 94%-i mənzil və ticarət-iaşə obyektlərinin payına düşür.

“Qazın taarifinin artırılması abonentlərin istehlak həcminə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Ötən ildə ölkədə abonentlərin sadəcə 1,33%-i daha çox qaz istehlak edən 4-cü tarifdə yer alıb. Lakin sözügedən bu abonentlər ölkənin qaz istehlakında təxminən 6% paya sahib olub”, - deyə o bildirib.

Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İran qaz yataqlarından gündəlik 1,1 milyard kubmetr zəngin qaz hasil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti