Bakı.Trend:
Tailandda vizasının etibarlılıq müddəti altı ili keçmiş Rusiya vətəndaşı saxlanılıb.
Bu barədə "Novosti Phuketa" Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, qadın Phuket adasının Patonq bölgəsində yerləşən yaşayış komplekslərindən birində məskunlaşıb. Naməlum şəxs onun barəsində hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşları yoxlama zamanı əcnəbi qadının vizasının müddətinin başa çatdığını və 12 oktyabr 2020-ci il tarixindən etibarən Tailandda qanunsuz yaşadığını müəyyən ediblər.
Rusiya vətəndaşı ölkədə icazə verilən qalma müddətini aşmaqda ittiham olunub. Bir ildən çox müddətə viza rejimini pozduğuna görə onu deportasiya və sonradan 10 il müddətinə Tailanda giriş qadağası gözləyir.
