"Beşiktaş" koreyalı futbolçuya təklif göndərəcək

İdman Xəbər 10 Noyabr 2026 13:07 (UTC +04:00)
"Beşiktaş" koreyalı futbolçuya təklif göndərəcək

Bakı. Trend:

"Beşiktaş" transfer çalışmalarını davam etdirir.

Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi “Los-Anceles”də oynayan Son Honq-mini heyətinə qatmaq niyyətindədir.

34 yaşlı cənubi koreyalı futbolçu özü də Türkiyədə oynamağa mənfi yanaşmır. Onun MLS klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

O, karyerası ərzində “Hamburq”, “Bayer”(Leverkuzen), “Tottenhem” klublarında oynayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti