Şuşa qarlı, ağappaq səhərə oyandı – səfirdən paylaşım (FOTO)

Gündəm Xəbər 9 Noyabr 2026 12:44 (UTC +04:00)
Şuşa qarlı, ağappaq səhərə oyandı – səfirdən paylaşım (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şuşanın qarlı görüntüsünü əks etdirən paylaşım edib.

Səfir bu barədə "X" sosial media hesabında yazıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Qarabağ səfərindən sonra bu səhər Şuşa qarlı, bəyaz bir səhərə oyandı. Doğan səhər günəşi isə Türkiyə-Azərbaycan qardaşlığının parlaq gələcəyinə dair ruhumuzdakı sevinc və ümidi işıqlandırır”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə noyabrın 8-də Azərbaycana səfər edib. Səfər çərçivəsində Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti