Bakı.Trend:
Seneqal sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 21 nəfər həlak olub.
Bu barədə "Euronews" ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Seneqal Daxili İşlər Nazirliyinin bazar günü yaydığı bəyanatda bildirilib ki, piroqa (ənənəvi kiçik qayıq-red.) ölkənin şimal-qərbində yerləşən Kebemer sahillərində qəzaya uğrayıb.
Nazirliyin məlumatına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İndiyədək bir nəfər sağ tapılıb.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, təhlükəli Atlantik marşrutu Qərbi Afrika miqrantlarının Avropaya üz tutması üçün əsas istiqamətlərdən biridir.
