Krakovun mərkəzində atışma nəticəsində ölənlərin sayı 6-ya çatıb

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 21:50 (UTC +04:00)
Krakovun mərkəzində atışma nəticəsində ölənlərin sayı 6-ya çatıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Krakov şəhərinin mərkəzində baş verən atışma nəticəsində ölənlərin sayı altıya çatıb, 12 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Kiçik Polşa voyevodalığının rəhbəri Yan Klençar efirdə məlumat verib.

O bildirib ki, 12 nəfərin həyatı təhlükə altındadır.

“Təəssüf ki, bildirməliyəm ki, ölənlərin sayı beş deyil, altıdır. Bu, rəsmi rəqəmdir”, – deyə Klençar bildirib.

Daha əvvəl Kiçik Polşa voyevodalığının polisi beş nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını açıqlamışdı. Yaralılar arasında iki polis əməkdaşı da var.

Atışma yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 18:00) Krakovun Əsas Meydanında baş verib.

Kamuflyaj geyinmiş 25 yaşlı Polşa vətəndaşı dövlət nömrə nişanı olmayan “Subaru” markalı avtomobildən atəş açıb. O, saxlanılarkən güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti