Azərbaycanın batut gimnastları Dünya çempionatında gümüş medal qazanıblar (FOTO)

İdman Xəbər 7 Noyabr 2026 13:16 (UTC +04:00)
Azərbaycanın batut gimnastları Dünya çempionatında gümüş medal qazanıblar (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, batut gimnastikası üzrə qarışıq sinxron proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə uğurlu çıxış nümayiş etdiriblər.

Bacı-qardaş tandemi finalda 52.010 xal toplayaraq Dünya çempionatının gümüş medalını qazanıb. Bu nəticə ilə Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda ilk dəfə Dünya çempionatının gümüş mükafatçıları sırasında yer alıblar.

Gərgin mübarizə şəraitində keçən finalda birinci yeri Belarus təmsilçiləri tutub, Yaponiya gimnastları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, gimnastlarımız Dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti