Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 1 148 hüquqi akt layihəsi daxil olub.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin 9 aylıq dövrü üzrə hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, daxil olan layihələrdən 856-sı ilə bağlı rəy verilib, 292-si isə Maliyyə Nazirliyinin rəhbəri tərəfindən imzalanıb.
Bundan əlavə, hesabat dövründə Maliyyə Nazirliyinin əsas fəaliyyəti üzrə 534 daxili əmr imzalanıb.
Normativ hüquqi bazanın inkişafı çərçivəsində ümumilikdə 114 hüquqi akt üzrə göstərici təqdim edilib. Onların 41-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı, 27-si Prezidentin fərmanı, 22-si Nazirlər Kabinetinin qərarı, 20-si Azərbaycan Respublikasının qanunu, 4-ü isə Maliyyə Nazirliyinin Kollegiya qərarıdır.
