Bakı. Trend:
Qətərin dövlətə məxsus “QatarEnergy” şirkəti ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün uzunmüddətli müqavilələr bağlamaq barədə danışıqlar aparır.
Şirkət qarşıdakı aylarda ildə 3-6 milyon ton LNG tədarükünü nəzərdə tutan müqavilələr imzalamağı planlaşdırır.
Qeyd edək ki, oktyabr ayında Avstraliyanın “Woodside Energy” şirkəti ABŞ-nin Luiziana ştatında inşa edilən LNG zavodundan Qətərə 20 il ərzində hər il 3 milyon ton qaz tədarük etmək barədə razılığa gəlib.
Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ölkənin hazırkı LNG istehsal gücü ildə 77 milyon ton təşkil edir.
