Putin atəşkəs qərarını şəxsən verib - Kreml

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 21:03 (UTC +04:00)
Putin atəşkəs qərarını şəxsən verib - Kreml

Putin Aleşkdə atəşkəs üçün göstəriş verib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Aleşkdə atəşkəs rejiminin uğurla həyata keçirilməsi üçün bütün zəruri göstərişləri şəxsən verib.

Bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın və Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratovanın iştirakı ilə Ağ Evdə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi atəşkəs rejiminə əməl edib.

Dmitriyev qeyd edib ki, Aleşkdə həyata keçirilən humanitar missiya mərhəmət, qətiyyət və əməkdaşlıq sayəsində mühüm nəticələr əldə etməyin mümkünlüyünü göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti