Bakı. Trend:
Bakıda 1-ci Akvakultura Forumu keçirilir.
Trend-in müxbiri xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, nazirliyin digər tabeli qurumlarının rəhbərləri və xarici qonaqlar iştirak edirlər.
Qeyd edək ki, Balıqçılıq və Akvakultura Mərkəzi Prezident İlham Əliyevin 19 dekabr 2024-cü il tarixli fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb. Mərkəz balıqçılıq və akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərir.
Mərkəzin direktoru Ceyhun Əliyevdir.
Xəbər yenilənəcək
