Bakı.Trend:
Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, 2024-cü ilin noyabr ayında
Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış
Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və
Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş
tutur.
Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli
rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli
şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik
dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.
Xəbər yenilənəcək
