Azərbaycan və Qırğızıstan fərdi məlumatların qorunması üzrə birgə fəaliyyəti gücləndirir

Cəmiyyət Xəbər 4 Noyabr 2026 13:24 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan fərdi məlumatların qorunması üzrə birgə fəaliyyəti gücləndirir
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bişkekdə keçirilən “Data Protection Forum 2026” beynəlxalq forumu çərçivəsində Azərbaycanın Milli Kibertəhlükəsizlik Agentliyi ilə Qırğız Respublikasının Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.

Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Qurum rəhbərləri tərəfindən imzalanmış sənəd fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın inkişafını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqini nəzərdə tutur. Memorandum, həmçinin fərdi məlumat subyektlərinin hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsini əhatə edir.

Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyini Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib.

O, müzakirələr zamanı süni intellektin inkişafı fonunda fərdi məlumatların mühafizəsi və rəqəmsal etimadın təmin olunması istiqamətində Azərbaycanda həyata keçirilən işlər barədə məlumat verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti