ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət demokratlara keçəcək - KİV

Dünya xəbərləri Xəbər 4 Noyabr 2026 06:58 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət demokratlara keçəcək - KİV

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət aralıq seçkilərinin nəticələrinə əsasən Demokratlar Partiyasına keçəcək.

Bu barədə ABŞ-nin "DDHQ" portalı məlumat verib.

Portalın məlumatına görə, ABŞ-nin şərq sahili vaxtı ilə saat 21:35-ə olan vəziyyətə əsasən, demokratlar Konqresin aşağı palatasında ən azı 127, respublikaçılar isə 83 mandatı təmin ediblər.

Bununla yanaşı, hazırda respublikaçıların tutduğu Nümayəndələr Palatasının dörd yeri uğrunda mübarizə Demokratlar Partiyasının namizədlərinin qələbəsi ilə başa çatıb.

Portalın qiymətləndirməsinə əsasən, bu nəticə Nümayəndələr Palatasına nəzarətin demokratlara keçməsini təmin edir.

ABŞ-də seçki nəticələrini elan edən vahid federal orqan yoxdur. Bu rolu əsas media orqanları öz üzərinə götürür. Namizədlər proqnozlarından sonra adətən qələbəni qeyd edirlər və ya məğlubiyyəti etiraf edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti