Qaradağda yeni körpülərin sayı 5-ə çatdı: Onlardan 3-ü Qobustandadır

Cəmiyyət Xəbər 3 Noyabr 2026 08:29 (UTC +04:00)
Qaradağda yeni körpülərin sayı 5-ə çatdı: Onlardan 3-ü Qobustandadır
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir.

Son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.

Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.

Qeyd edək ki, eyni ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti