Ötən ay işğaldan azad edilmiş ərazilərdə 3070 PHS aşkarlanıb

Cəmiyyət Xəbər 2 Noyabr 2026 11:35 (UTC +04:00)
Ötən ay işğaldan azad edilmiş ərazilərdə 3070 PHS aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə oktyabr ayı ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı 3070 partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina aşkar edilib.

Hesabat dövründə 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA və bu fəaliyyətə cəlb olunmuş digər qurumlar tərəfindən davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti