Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm - Tramp

Dünya xəbərləri Xəbər 2 Noyabr 2026 05:37 (UTC +04:00)
Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının aralıq Konqres seçkilərində qələbə qazanacağı təqdirdə, qanun layihələrinə veto qoyacağını bildirib.

Tramp bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.

O qeyd edib ki, demokratlar tərəfindən imzalanmaq üçün təqdim edilən qanun layihələrinə veto qoymaqla onları razılaşma əldə etməyə məcbur edə bilər.

Qeyd edək ki, ABŞ-də aralıq Konqres seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın bir sıra üzvləri müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti