"Qəbələ" – "Qarabağ" görüşündə hesab açılmayıb - Premyer Liqa

İdman Xəbər 31 Oktyabr 2026 20:06 (UTC +04:00)
"Qəbələ" – "Qarabağ" görüşündə hesab açılmayıb - Premyer Liqa

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.

"Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cudur.

Qeyd edək ki, turun əvvəlki oyununda "Turan Tovuz" evdə "Sabah"ı 3:2, "Araz-Naxçıvan" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Xəbər lenti

Xəbər lenti