Bakı.Trend:
Polşanın cənub-qərbində yerləşən Aşağı Sileziya voyevodalığının (voyevodluq -Polşanın inzibati ərazi bölgüsündə ən böyük inzibati vahidlərdən biridir-red.) polis əməkdaşları Rusiya vətəndaşı olan 55 yaşlı kişini saxlayıb. O Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir.
TASS-ın məlumatına görə, bu barədə yerli polis idarəsi məlumat yayıb.
“Polis əməkdaşları xarici xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıblar”, – deyə qurumun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, 55 yaşlı kişi Svidnitsa şəhərində dəmir yolu infrastrukturuna aid obyektlərin fotoşəkillərini çəkib.
Məhkəmə Rusiya vətəndaşının üç ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
