Bakı.Trend:
"Claude" süni intellekt köməkçiləri ailəsi hesablara giriş zamanı yoxlamaları sərtləşdirərək Rusiyadan olan istifadəçilərin əksəriyyətini bloklayıb.
Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Oktyabrın 29-dan etibarən ABŞ-nin Anthropic şirkəti tərəfindən hazırlanmış çat-botların, o cümlədən ödənişli Pro abunəliyinə malik istifadəçilərin sorğularına cavab verilməyib və onlardan verifikasiyadan keçmək tələb olunub.
Yoxlama tələbi “şübhəli fəaliyyət” aşkar edildikdə, məsələn, VPN-dən istifadə və ya IP ünvanının tez-tez dəyişdirilməsi zamanı ekranda görünür. Rusiya rəsmi olaraq dəstəklənən regionlar siyahısına daxil olmadığından, Rusiya daxili və ya xarici pasportunun yüklənməsinə cəhd zamanı təhlükəsizlik sistemi hesabı avtomatik bloklayır. Bu halda abunə haqqının geri qaytarılması da mümkün olmur.
Şirkətin izahına görə, yoxlama tələbi istifadəçilərə seçmə qaydada göndərilir. Bununla yanaşı, "Anthropic" sənədlərin tələb olunmasının ayrıca səbəbi kimi VPN-dən istifadəni göstərməyib.
Sentyabrda "Anthropic" şirkətinin süni intellekt modellərindən bioloji silahların hazırlanmasına kömək edə biləcək tədqiqatlarda istifadə etmək üçün bir neçə mümkün cəhdin qarşısını aldığı məlum olub.
